Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti öz məhsullarındakı 22 boşluğu aradan qaldıracaq
“Microsoft” korporasiyası bu gün bildirib ki, növbəti çərşənbə “İnternet Explorer”, “Windows”, “MS Visio”, “Visual Studio” və s-də 22 boşluğu aradan qaldıracaq. Hətta şirkət bunun üçün təhlükəsizlik üzrə 13 fərdi bülleten çıxaracaq.
Məlumat üçün qeyd edək ki, bu ilin iyun ayında şirkət 16 bülleten, iyul ayında 34 düzəltmə və aprel ayının 17-də 64 boşluğu aradan qaldıran bülleten çıxarıb.
“Microsoft”dan bildiriblər ki, 13 boşluqdan ikisi kritik təhlükəli, 9-u yüksək, digərləri orta təhlükəyə malikdir. Kritik təhlükəli boşluqlardan biri “İnternet Explorer” səyyahı ilə bağlıdır, “Microsoft” ilk növbədə onun aradan qaldırılmasını məsləhət görür. Digər kritik təhlükəli boşluq “Windows”un server variantında aşkar edilib. “Windows Server 2003, 2008 və 2008 R2”-də bu boşluq aradan qaldırılmalıdır. Düzəliş paketlərinin avqust ayının 9-da çıxacağı gözlənilir.
05/08/11 Çap et