Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda bu ilin əvvəlindən qeyri-qanuni istifadə edilən 226 radioelektron vasitə aşkar edilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi bu ilin 5 ayı ərzində qeyri-qanuni istifadə edilən 226 radioelektron vasitə aşkar edib. DRİ-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2013-cü ilin 5 ayı ərzində İstismara nəzarət şöbəsinin iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 313 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilmiş və müvafiq qaydada aktlar tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 226 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib, 7 ədədi silinib, qalan 54 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 30 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
Aynur Vəliyeva
04/06/13 Çap et