Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hər il tələbə elmi-texniki konfransları keçiriləcək
Bakı Ali Neft Məktəbində tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş 1-ci elmi-texniki konfransına yekun vurulub.
Bakı Ali Neft Məktəbinə istinadən verdiyi xəbərə görə, konfrans “İnformasiya kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda olub. Rektor Elmar Qasımov konfransda məzmunlu məruzələri ilə fərqlənmiş tələbələrə Təşkilat Komitəsinin diplom, hədiyyə və konfrans məruzələrinin çap olunmuş toplusunun nüsxələrini təqdim edib.
Konfrans iştirakçılarından Rəvan Adilov, İrina Bode və Hüsüzadə Fəhmin 1-ci dərəcəli, Azad Abdullayev, Məhərrəm Səfərli və Natəvan Əsgərli 2-ci dərəcəli, Ümid Tərlanlı, Sultan Əliyev, Samir Ağabalayev və Eltun Sadıqov 3-cü dərəcəli diplomlara layiq görülüblər. 7 digər konfrans iştirakçısına həvəsləndirici diplomlar təqdim edilib.
Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında tədbirin təşkilində Ali Məktəbin “Kompüter və informasiya-kommunikasiya texnologiyaları” kafedrasının dosentləri Nailə Allahverdiyevanın və Manafəddin Namazovun fəaliyyəti yüksək qiymətləndirilib. Bakı Ali Neft Məktəbində tələbə elmi-texniki konfranslarının hər il keçirilməsi nəzərdə tutulub.
04/06/13 Çap et