Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” İT direktoruna jest etdi


"Microsoft" korporasiyasının informasiya texnologiyaları üzrə direktoru Toni Skott şirkəti tərk etməyə qərar verib. Onun "LinkedIn" işgüzar profilində yerləşdirilmiş göstərişinə əsasən, o, Amerika şirkətinin sabiq İT direktorudur.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, korporasiyanın məlumatına əsasən, Skott öz layihələri ilə məşğul olmaq üçün şirkəti tərk edib.

"Toni səriştəli lider idi və "Microsoft"un texnologiyalarını yeni səviyyəyə keçirtməkdə maraqlı idi. Biz Toniyə təşəkkür edirik və ona uğurlar arzu edirik – proqram nəhənginin rəsmi bəyanatında deyilir. Onun vəzifəsini müvəqqəti olaraq İT məhsul və xidmətlərin idarə edilməsi üzrə vitse-prezident Cim Dyubua yerinə yetirəcək. Skott jurnalistlərə verdiyi müsahibəsində bu informasiyanın doğruluğunu təsdiqləyib.

Xatırladaq ki, Toni Skott "Microsoft" şirkətində 5 il əvvəl işə başlayıb. Bundan əvvəl o, "Walt Disney", "General Motors" və "Bristol-Meyers Squibb"-də işləyib.

Emil Hüseynov




04/06/13    Çap et