Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hesab.az” portalının istifadəçilərinin sayı 60 mini ötüb
“Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayı sürətlə artır. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, hazırda “Hesab.az”da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 60 205 nəfərə çatıb.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.
Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər. Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonları vasitəsilə - “m.hesab.az” mobil resursdan da ödəmək olar.
CAHANGİR
05/06/13 Çap et