Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” haker qrupu Türkiyə hökumətinin saytına müdaxilə edib


"Anonymous" haker qruplaşması Türkiyə hökumətinin saytına müdaxilə edib və məxfi informasiyanı ələ keçirib. "NTV" telekanalı bildirib ki, serverlərdən elektron poçt ünvanları və qeydiyyatdan keçmiş istifadəçilərin parolları yüklənib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Anonymous" haker qrupu "Twitter" sosial şəbəkəsində bu informasiyanı təsdiqləyib.

Telekanalın məlumatına görə, adıçəkilən qrup Suriyanın Elektron Ordusu ilə birgə fəaliyyət göstərib. Hökumət saytına müdaxilə edilməsini, həmçinin Türkiyənin "RedXak" haker qrupu təsdiqləyib. Məlumatlar internetdə yerləşdirilməyib. "Anonymous" bəyan edib ki, hakerlərin belə planı yoxdur. "Aksiya boşluqları göstərmək üçün həyata keçirilib. Əgər lazım gəlsə, biz bir hesabın parolunu yerləşdirə bilərik ki, insanlar hücumun reallığına inansınlar" – qrupun bəyanatında qeyd edilib.




05/06/13    Çap et