Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Microsoft” şirkəti “Android” satışlarından daha çox qazanc əldə edib
“Microsoft” şirkəti ikinci rübdə lisenziya ayırmaları nəticəsində “Android” satışlarından “Windows Phone 7” ilə müqayisədə təxminən 3 dəfə daha çox qazanc əldə edib. “Asymco” şirkətinin analitikləri belə nəticəyə gəliblər. Yalnız Tayvan istehsalçısı “HTC” hər “Android” smartfon üçün “Microsoft” şirkətinə 5 dollar ödəyir.
Aprel - iyun ayları ərzində “HTC” şirkətinin “Google” mobil əməliyyat sistemi (Android) ilə işləyən təxminən 12 milyon aparat tədarük etdiyini nəzərə alsaq, onda Stiv Ballmerin korporasiyası 60 milyon dollar qazanıb. Hər smartfon üçün “Windows Phone 7” lisenziyası 15 dollardır. Keçən rübdə bütün dünyada 1,4 milyon belə qurğu satılıb. Beləliklə, “Microsoft” şirkəti onlardan 21 milyon qazanıb.
05/08/11 Çap et