Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kitayski Skype” yaradılıb


“China Daily” qəzeti yazıb ki, Çinin “China Mobile” telekommunikasiya operatoru “Skype”-a rəqib kimi nəzərdə tutulmuş "Jeqo" mobil tətbiqini tanıdıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni tətbiqin əsas funksiyası internet üzərindən mobil və stasionar telefonlara zəngdir. "Jeqo" mobil tətbiqi vasitəsilə həmçinin mətn və səs mesajları göndərmək, həmçinin proqramın digər istifadəçilərinə zəng etmək mümkündür.

"Beynəlxalq zənglərin qiymətlərinin artması nəticəsində İP telefoniya getdikcə daha da populyarlaşır. Çin şirkəti mövcud “oyunçu”lardan bazar payı “qopartmaq” üçün əla şanslara malikdir" – Çin analitiki Fu Lyan hesab edir.

Emil Hüseynov




05/06/13    Çap et