Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərb təcrübəsi əsasında İnnovativ Məktəb Proqramı modelinin hazırlanmasına start verilib
Ölkəmizdə “Qərb təcrübəsi əsasında İnnovativ Məktəb Proqramı modelinin hazırlanması və Azərbaycan təhsil ictimaiyyəti arasında təbliği” adlı layihəyə start verilib.
Bu layihəni Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirir.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən şuranın informasiya portalı xəbər yayıb. Bildirilir ki, layihə çərçivəsində seminarlara başlanılıb. İlk seminar təhsil ictimaiyyətinin –müəllimlər, məktəb direktorları, rayon təhsil şöbəsinin mütəxəssislərinin iştirakı ilə Qusar rayonunda təşkil olunub.
Seminarda təhsil işçilərinə İnnovativ Məktəb modeli haqqında ətraflı məlumatlar verilib, Avropa, Amerika təcrübələri haqqında informasiyalar çatdırılıb. İnnovativ Məktəbin yaradılmasında başlıca prinsiplər - güvən, inam, şəffaflıq - hesabatlılıq, cavabdehlik, bütün maraqlı tərəflər - tələbələr, ailələr, müəllimlər, rəhbərlik, yerli idarəetmə arasında olan əməkdaşlıq, məktəblərdə kadr potensialının individual, həm də kollektiv şəkildə potensialının inkişafı, İnnovativ məktəblərdə öz istifadəçilərinin (öyrənənlərin) ehtiyaclarına uyğunlaşma, Hiperlokal və strateji qərarların qəbulu məsələləri izah edilib.
İnnovativ plan və onun detalları haqqında informasiyalar verilib. Qeyd edək ki, innovativ plana bir sıra elementlər daxildir. Onlar «innovativ məktəb fondlarının fərqli istifadəsi haqqında ətraflı məlumatı olan büdcə planı», «kadr planı, müəllim və digər kadrların İnnovativ Məktəbə işə qəbulu, işlə təmini, qiymətləndirmə, kompensasiya, kadrların inkişafı», «unikal təlimat nəzarəti və əməliyyat siyasəti və prosedurlar - məktəblərdə tələbələrin nailiyyətlərində və məktəb performanslarında dəstəyin reallaşması haqqında plan» və sairədir.
SEYMUR
06/06/13 Çap et