Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera Software” yeni mobil brauzerini təqdim edib


Norveçin “Opera Software” şirkəti aşağı büdcəli mobil telefonlara quraşdırılmaq üçün nəzərdə tutulmuş yeni “Opera Mini” mobil brauzerini təqdim edib.

Yeni versiyada daxili yükləmə meneceri istifadəyə verilib: o, mobil telefonun yaddaşına yüklənənlərə daha yaxşı nəzarət etməyə imkan verir. Həmçinin “Opera Mini 4.5” sensor ekranlar üçün nəzərdə tutulmuş xarici görünüş əldə edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Opera Mini 4.5” brauzeri, hətta sadə funksiyaya malik telefonlarda işləyir. Yalnız “Java” oyunları dəstəkləyən mobil telefon lazımdır.

Emil Hüseynov




06/06/13    Çap et