Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İSB-nin informasiya sistemi vasitəsilə bağlanan sığorta müqavilələrinin statistikası açıqlanıb


Bu ilin may ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 96,4 mindən çox sığorta müqaviləsi bağlanıb.


Bürodan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, bunların da 19,9 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və bir ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrindən 31%-i Türkiyə, 27%-i Gürcüstan, 18%-i Rusiya, 8%-i İran İslam Respublikası, 16% isə digər ölkələrdə qeydiyyata alınan nəqliyyat vasitələri olub. Bu ilin may ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 6,9 milyon manatdan çox olub.

Ötən ilin müvafiq ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18%, sığorta haqlarının məbləğində isə 22% azalma müşahidə edilib. Cari ilin may ayında orta sığorta haqqı 71,9 manat təşkil edib. Ötən ilin müvafiq ayında isə bu rəqəm 75,1 manat olub.

CAHANGİR




06/06/13    Çap et