Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ, Böyük Britaniya və Vyetnamın xüsusi xidmət orqanları ən böyük fırıldaqçı dəstələrdən birini zərərsizləşdiriblər


ABŞ, Böyük Britaniya və Vyetnamın xüsusi xidmət orqanları kredit kartlarından pul vəsaitləri oğurlayan ən böyük beynəlxalq fırıldaqçı şəbəkələrindən birini zərərsizləşdirməyə müvəffəq olub.

Britaniyanın "Röyters" agentliyinin yaydığı məlumata əsasən, kibercinayətkarlar 200 milyondan çox dollar oğurlaya biliblər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, əldə edilmiş informasiyaya əsasən, cinayətkar dəstə 2007-ci ildə fəaliyyətə başlayıb. Onlayn fırıldaqçılar qrupunun lideri 29 yaşlı Vyetnam vətəndaşı Day Hey Truonq olub və onlar internet üzərindən alış-veriş edən istifadəçilərin kredit kartlarının məlumatlarını oğurlayıblar. Bütün bu illər ərzində yüzlərlə insan cinayətkarların "qurban"ları olublar.

Emil Hüseynov




06/06/13    Çap et