Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına həsr edilən ictimai müzakirə keçirilib
"Oskar" mükafatı laureatı Jina Devis dünən informasiya-kommunikasiya texnologiyaları sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına həsr edilmiş müzakirə keçirib.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatı özünün rəsmi internet səhifəsi ilə informasiya yayıb. Bildirilir ki, "Oskar" laureatı sözügedən müzakirəni əsasən sosial şəbəkələr üzərində qurub.
Jina Devis bütün dünya üzrə rabitə və informasiya texnologiyaları sahəsində gender bərabərsizliyinin artmasında narahatlıq keçirdiyini qeyd edərək bu halın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Keçirdiyi müzakirənin də məhz bu məsələ ilə əlaqədar olduğunu qeyd edən xanım Devis həmçinin qadınların vəziyyətinin yaxşılaşması sahəsində İKT-nin rolunun çox böyük olduğunu önə çəkib.
Onun qənaətincə, qadınlar İKT vasitəsilə öz həyatlarını yeni məcraya qoya bilər, ictimai-siyasi həyatda aktivliyini artıra və gender bərabərsizliyinə son qoya bilər. Məlumat üçün bildirək ki, ötən il Jina Devis Beynəlxalq Telekommunikasiya İttifaqının texnologiyalar sahəsində qadınlar və qızların məsələləri üzrə (MSE) Xüsusi elçisi təyin edilib.
O vaxtdan bu günə kimi xanım Devis "İKT-də qızlar tələb olunurlar" kampaniyasını fəal şəkildə irəli çəkir. Dünən aktrisa «Google +» şəbəkəsində də bu mövzunu yenidən müzakirəyə çıxarıb.
Seymur
07/06/13 Çap et