Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan telekanallarının hər birinə 400 min manat vəsait ayrılıb


Azərbaycan Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, iclasda Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə "Azad Azərbaycan" Teleradio Kompaniyasına, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space" Müstəqil Teleradio Kompaniyasına, "Xəzər TV" MMC-yə və ANS Müstəqil Yayım və Media Şirkətinə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 min (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.

Aynur Vəliyeva




07/06/13    Çap et