Azərbaycan Ədliyyə Nazirliyi ölkədən çıxmasına məhdudiyyət qoyulan şəxslər haqda məlumatların verilməsi xidmətini elektronlaşdırıb
Azərbaycanın Ədliyyə Nazirliyi ölkədən çıxmalarına məhdudiyyət qoyulan vətəndaşlar haqda məlumatları elektron formada təqdim edib. “ICTnews” xəbər xidmətinin nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu xidmət ədliyyə naziri Fikrət Məmmədovun təsdiq etdiyi borcu olan şəxslərin ölkədən çıxış hüququna məhdudiyyət qoyulması haqda məlumatların təqdim edilməsinin inzibati reqlamenti əsasında göstərilir. Sənədə əsasən, bu dövlət xidməti pulsuz olaraq nazirliyin Baş idarəsi tərəfindən təqdim edilir, məlumatın təqdim edilməsi ilə bağlı müraciət isə bir ay ərzində baxılır.
Xidmətdən hüquqi və fiziki şəxslər “
http://exidmet.justice.gov.az”, “
http://www.e-gov.az” internet ünvanlarından istifadə edə bilərlər. Əlavə məlumatı “contact@justice.gov.az”, “ibi@justice.gov.az” elektron poçt ünvanından və ya + (99412) 539-19-80 / +(99412) 492-15-49 telefon nömrələrinə müraciət edərək almaq olar.
Aynur Vəliyeva