Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”-un təhlükəsizlik üzrə eksperti “Windows”a müdaxilə etmək üçün kod dərc edib
“Google”-un təhlükəsizlik üzrə mütəxəssisi Tevis Ormandinin açıq girişdə yerləşdirdiyi kodun köməkliyi ilə kibercinayətkarlar “Windows” əməliyyatına müdaxilə edə bilərlər.
İnternet nəhənginin əməkdaşının sözlərinə görə, o, bu yolla “Microsoft”un siyasətinə qarşı öz etirazını ifadə edib. Belə ki, Amerika şirkəti öz məhsullarında qeydə alınmış boşluqları aradan qaldırmağa tələsmir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, təhlükəsizlik üzrə ekspertlər arasında "şərəf məcəlləsi" deyilən bir anlayış var. Bu məcəlləyə əsasən, onlar şirkətin proqram təminatında aşkar edilmiş "boşluğ"un aradan qaldırılmasından ötrü 30-60 gün vaxt verirlər.
Həmin müddət bitdikdən sonra əgər boşluq aradan qaldırılmayıbsa, eksployt açıq girişdə yerləşdirilə bilər.
Emil Hüseynov
07/06/13 Çap et