Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” bülleteninin altıncı sayı işıq üzü görüb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış aylıq “Elektron Hökumət” bülleteninin altıncı sayı işıq üzü görüb.

Bu sayda da həmişə olduğu kimi, xidmət təminatçıları tərəfindən portala inteqrasiya olunmanın hazırkı vəziyyəti, təqdim olunan xidmətlərin sayı, ən çox istifadə olunan ilk onluğa düşən elektron xidmətlərin siyahısı, ümumiyyətlə hər bir xidmət təminatçısı tərəfindən təqdim olunan xidmətlərə müraciətlərin ümumi sayı verilib.

Bülletendə ay ərzində baş vermiş mühüm "elektron hökumət" hadisələri əksini tapıb, verilmiş elektron imzaların sayı, vətəndaşlar, hüquqi şəxslər və dövlət orqanlarında çalışanlar tərəfindən e-imza xidmətlərindən istifadə qrafikləri təqdim olunub.

Nəşrdə həmçinin dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin cari vəziyyəti əks olunub.

Bülletenin elektron variantı ilə ” buradan tanış olmaq mümkündür.




07/06/13    Çap et