Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir il ərzində disk saxlama sistemləri bazarının həcmi 3,2% azalıb
“IDC” analitik şirkəti 2013-cü ilin birinci rübündə xarici disk saxlama sistemləri bazarının inkişafı haqqında hesabat dərc edib. Hesabata əsasən, bir il ərzində disk saxlama sistemləri bazarının həcmi 3,2% azalıb və təxminən 7,7 milyard dollar olub.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, xarici disk saxlama sistemləri bazarının həcmi 5,9 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 0,9% azdır.
Emil Hüseynov
07/06/13 Çap et