Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Vikipediya" vizual redaktorla təchiz ediləcək
2013-cü ilin iyulunda "Vikipediya" onlayn ensiklopediyası "vizual redaktor"un beta-versiyasını təqdim edəcək. Sözügedən alət onlayn ensiklopediyanın səhifələrinin redaktəsini sadələşdirəcək.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "vizual redaktor"un köməkliyi ilə səhifələrə "WYSIWYG" rejimində düzəliş etmək mümkün olacaq. Bu isə o deməkdir ki, məqalənin düzəlişi üçün istifadəçi "viki-mətn"i öyrənməli olmayacaq.
Qeyd edək ki, "viki-mətn" hazırda "viki-texnologiya" əsasında işləyən saytlarda mətnin tərtibatı üçün istifadə olunan dildir. "Vizual redaktor"un beta-versiyası iyulun əvvəlində əlçatan olacaq. İlk əvvəl qeydiyyatdan keçmiş ingilisdilli məqalə redaktorları, ayın sonunda isə hamı istifadə edə biləcək.
Emil Hüseynov
07/06/13 Çap et