Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə marka buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti "Azərbaycan və Belarus birgə buraxılışı" seriyasından Azərbaycan və Belarus respublikaları arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə poçt blokunu dövriyyəyə buraxır.
Ölkələr arasında diplomatik əlaqələrin qurulmasına dair protokol 11 iyun 1993-cü ildə imzalanıb. 20 illik tərəfdaşlıq ərzində iki ölkənin elmi dairələri arasında uzunmüddətli münasibətlər yaradılıb, tibb, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişləndirilib, ticari-iqtisadi əlaqələr fəal inkişaf etdirilib.
Blokun tirajı 15 min, nominal dəyəri 1 manat təşkil edir.
Blok üzərində iki ölkənin dövlət simvolları, Bakı və Minskdəki hökumət evləri əks olunub.
07/06/13 Çap et