Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompyuter qrafikası bazarı yenidən artıb


Fərdi kompyuter tədarük göstəriciləri cəmi 2,6% artıb. Buna baxmayaraq, kompyuter qrafikası bazarında daha əlverişli şərait formalaşıb.
“Jon Peddie Research” analitik firmasının hesabatına əsasən, ötən rüb ərzində videokart seqmentində ekspertlərin gözlədiyindən güclü artım qeydə alnıb. Belə ki, satış həcmi 2011-ci ilin 1-ci rübü ilə müqayisədə 6,3% artıb.
2011-ci ilin II rübünün nəticəsinə görə, kompyuter qrafikası seqmentində tədarüklər 140 milyona çatıb. Bu göstəriciyə qrafik adapterlər, inteqrasiya edilmiş qrafika ilə olan çipsetlər və qrafik prosessorlar daxildir. “İntel” əvvəlki kimi bu seqmentin lideri olaraq qalır. Belə ki, videokart bazarında prosessor nəhənginin payı 60,7%-ə çatıb.
İkinci yeri “AMD” şirkəti tutub. Əgər 1-ci rübdə şirkətin bazar payı 24,7% təşkil edirdisə, ikinci rübdə o, 21,2%-ə qədər azalıb. “AMD”-nin əsas rəqibi “Nvidia”-nın payı, həmçinin azalıb və 17,5%-ə düşüb.




05/08/11    Çap et