Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Penitensiar xidmətin əməkdaşları “Azərkosmos”da olublar


Ədliyyə Nazirliyinin Penitensiar xidməti Baş idarəsinin əməkdaşlarının müxtəlif mədəni-kütləvi və maarifləndirici tədbirlərdə iştirakı davam edir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən gün Penitensiar xidməti Baş idarəsi şəxsi heyətinin üzvləri Rabitə və informasiya texnologiyaları nazirliyinin “Azərkosmos” ASC – nin idarəetmə terminalında olublar.

“Azərkosmos” ASC-nin fəaliyyəti ilə tanışlıq zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilməsi və ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barəsində müfəssəl məlumat verilib.

“Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən Penitensiar xidmətin əməkdaşları Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki olan “Azərspace-1”-in orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə yaxından tanış ediliblər.






08/06/13    Çap et