Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzi Bankı kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatları ilə bu şirkət təmin edəcək
Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması ilə əlaqədar elan edilən tenderin nəticələri açıqlanıb.
MB-dən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, tenderin qalibi "Bestcomp Group" şirkəti olub: «Mərkəzi Banka kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması üzrə elan edilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib və qiymətləndirmənin nəticələrinə görə, Tender Komissiyasının qərarı ilə "Bestcomp Group" şirkəti qalib elan edilib və 03 iyun 2013-cü il tarixli satınalma müqaviləsi imzalanıb».
SEYMUR
08/06/13 Çap et