Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” İsrailin “Waze” şirkətini satın almaq niyyətindədir
Amerikanın "Google" şirkəti İsrailin mobil qurğular üçün naviqasiya proqramları istehsalçısı “Waze” şirkətini satın almaq üçün yaxşı təklif edib. “Mercury news” nəşri yazır ki, artıq şirkətlər razılığa gəlib və sazişin qiyməti 1,3 milyard dollar təşkil edir. Hazırda "Google" müvafiq sənədləri hazırlayır.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bundan əvvəl Amerika KİV-də yer almış məlumata əsasən, “Facebook” şirkəti də "Waze"-ə sahiblənmək üçün mübarizə aparmış və İsrail şirkətinə 1 milyard dollar təklif etmişdi.
Lakin "Waze" şirkətinin aktivlərinin və heyətinin İsraildən Kaliforniyaya keçirilməsi sazişə xitam verilməsi ilə nəticələnib.
Emil Hüseynov
10/06/13 Çap et