Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ilədək “AMOLED”-panellərin istehsal həcmi üç dəfə artacaq
2015-ci ilə “AMOLED” texnologiyalarının (üzvi işıq diodları üzərində aktiv matrisa) tətbiqi ilə yaradılmış panellərin buraxılış həcmi 11,47 milyon kvadratmetrə çatacaq və 2012-ci ilin göstəricisi ilə müqayisədə üç dəfədən çox artacaq, - “DailyComm” saytı “Digitimes Research” şirkətinin ekspertlərinə istinadən xəbər verir.
“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, nəzərəçarpacaq artımı əsas etibarilə smartfonlar və televizorlarda istifadə üçün nəzərdə tutulan “AMOLED”-məhsulların istehsalını genişləndirməkdə davam edən Cənubi Koreyanın nəhəng şirkətləri təmin edəcək.
Lakin bazarda “LG Display” və “Samsung” şirkətlərinin liderliyi artıq əvvəlki kimi olmayacaq. Belə ki, 2012-ci ildə “AMOLED”-panellərin ümumi buraxılış həcminin 97,7 faizi bu şirkətlərin payına düşürdüsə, 2015-ci ilə bu göstərici 83,7 faizədək azalacaq. “Digitimes Research” mütəxəssislərinin proqnozlarına əsasən, koreyalıların liderliyinə Çin, Tayvan və Yaponiyanın panel istehsalçıları böyük təsir göstərəcək.
Məsələn, iki ildən sonra Çinin nəhəng şirkətləri buraxılan “AMOLED”-məhsulların 7,4 faizini təmin edəcəklər.
10/06/13 Çap et