Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cəlilabadda Əlillər evinin telefonlaşdırılması üçün kotirovka sorğusu elan edilib
«Aztelekom» İstehsalat Birliyinin Cəlilabad Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib. Kotirovka komissiyasının məlumatına əsasən, kotirovka sorğusu Cəlilabadda yerləşən Əlillər evinin telefonlaşdırılması üçün 48 yerlik elektron ATS-in alınması məqsədi ilə elan edilib.
Kotirovka sorğusunda iştirak etmək istəyənlər iyunun 21-i saat 10:00-dək sənədlərini Kotirovka komissiyasına təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün 25-24-5-51-77, 25-24-5-50-02 telefon nömrələrinə müraciət etmək olar.
10/06/13 Çap et