Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ kiberqoşunlarının sayını artırır
ABŞ hakimiyyəti kiberməkanda ona qarşı təhdidlərin artmasından narahatdır. Onlar təhdidlərə real hərbi münaqişənin başlanma səbəbi kimi baxırlar. Bu barədə ABŞ-ın Kiber komandanlığının direktoru general Kit Aleksander Tallində kibertəhlükəsizlik üzrə keçirilən beynəlxalq konfransda bəyan edib.
“ICTnews.az” elektron xəbər xidməti “itech.newsru.com” saytına istinadən bildirir ki, bununla əlaqədar Pentaqon kompüter hücumlarına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş sözügedən bölmənin sayını sürətlə artırır. Bu prosesi 2015-ci ilin sonunadək həyata keçirmək planlaşdırılır. O zamanadək komandanlığın heyətinə 3-4 min yeni əsgər cəlb ediləcək.
Bu, Amerikanın “kiberqoşunlar”ının hazırkı sayını 4 dəfədən çox ötür. Cəlb edilmiş yeni qüvvələr əsasən ABŞ-ın hərbi və digər mühüm kompüter şəbəkələrinə qarşı Çin, İran və Şimali Koreya kimi ölkələrdən həyata keçirilən müdaxilələrin qarşısını alacaq.
Bununla belə, hücum qabiliyyətinə də böyük diqqət ayrılacaq. "Biz onları ən yüksək səviyyədə hazırlamağa çalışacağıq" – “Cyber Command”ın direktoru general Kit Aleksander may ayında jurnalistlərə deyib.
Emil Hüseynov
10/06/13 Çap et