Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sensor noutbukların bazar payı iki dəfə artacaq


Analitiklərin iddiasına əsasən, gələn il qlobal noutbuk bazarında sensor leptopların bazar payı artacaq. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “International Data Corp” (IDC) tədqiqat şirkətinin proqnozuna əsasən.

2013-cü ildə noutbuk istehsalçıları sensor ekranla təchiz edilmiş 30-36 milyon leptop tədarük edəcəklər ki, bu da qlobal noutbuk tədarük həcminin 13-15%-ni təşkil edəcək. Mütəxəssislərin proqnozuna əsasən, 2014-cü ildə bu nisbət 29-30% təşkil edə bilər.

"Biz ümid edirik ki, gələn il sensor panellərin qiymətinin azalması sözügedən bazarın sürətli inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnəcək" – “IDC” analitik şirkətinin əməkdaşı Annabel Hsu ötən həftə jurnalistlərlə görüş zamanı deyib. Ekspertin sözlərinə görə, sensor panel tədarükçülərinin sayı xeyli artmalıdır.

Emil Hüseynov




10/06/13    Çap et