Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi münasibətilə yeni poçt markası buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti daha bir yeni poçt markasını dövriyyəyə buraxıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən marka Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyinə həsr edilib. Nəfis dizaynda hazırlanan markanın nominal dəyəri 1 manat təşkil edir. Xatırladaq ki, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. Qeyd edək ki, hazırda büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları sürətlə genişlənir.
CAHANGİR
10/06/13 Çap et