Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkətinin yeni smartfonu satışa çıxarılıb
Finlandiyanın "Nokia" şirkətinin "Microsoft" korporasiyasının "Windows Phone 8" əməliyyat sistemi ilə işləyən "Lumia 925" smartfonu satışa çıxarılıb. Sözügedən cihazı, hələ ki, Almaniyada satın almaq olar. Daha sonra İtaliya, İspaniya və Böyük Britaniyada satışa çıxarılacaq.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Avropa Birliyində "Lumia 925" smartfonunun pərakəndə satış qiyməti 470 avro təşkil edəcək.
Emil Hüseynov
11/06/13 Çap et