Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüz minlərlə istifadəçi “Skype”-da spam hücumun “qurban”ları olublar


KİV-də yer almış məlumata əsasən, artıq müxtəlif ölkələrdə yüz minlərlə internet istifadəçisi “Skype” İP telefoniya xidməti vasitəsilə yayılan spam hücumun “qurban”ı olublar.

“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, istifadəçilər onların kontaktına göndərilmiş qısaldılmış istinadlar üzrə keçid etdikdə virusun yüklənməsi səhifəsinə yönəldilirlər. Bundan sonra istifadəçilərin loqin və parollarını ələ keçirən “Dorkbot” “soxulcan”ı icra olunur.

Rusiya, Almaniya, Braziliya, Kolumbiya, Meksika və ABŞ-dan olan istifadəçilər daha çox zərərə məruz qalıblar. Spam hücumla əlaqədar olaraq “Skype”-ın əməkdaşları şübhə doğuran istinadlar üzrə keçid etməməyi tövsiyə edirlər.

Emil Hüseynov




11/06/13    Çap et