Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sukerberq həftədə 100 saatını bu xanıma ayırmalıdır
Dünyanın ən böyük və populyar sosial şəbəkəsi "Facebook"un banisi və rəhbəri Mark Sukerberqlə maraqlı şərtlə müqavilə imzalanıb. Belə ki, Markın həyat yoldaşı Prissilla Çenin onun qarşısında ciddi şərt qoyduğu bəlli olub.
Ötən il Markla əslən çinli olan Prissillanın imzaladıqları nikah müqaviləsinə görə, ərlə arvad həftədə ən azı bir gecə eyni yatağı paylaşmalıdırlar.
Prissila "Facebook"un banisi ilə ailə həyatı qurmazdan əvvəl düşünüb ki, Markın işi həddən ziyadə çox olduğundan ona yetərincə vaxt ayıra bilməyəcək. Nikah müqaviləsindəki şərtə görə, Sukerberq həftədə ən azı bir gecəni və 100 saatı arvadının yanında olmalıdır.
11/06/13 Çap et