Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Miqrasiya Xidməti “Elektron hökumət” portalına qoşulub
Dövlət Miqrasiya Xidməti (DMX) ilk elektron xidmətini “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə verib.
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, DMX-nin təqdim etdiyi “Onlayn müraciət - Azərbaycan Respublikası vətəndaşlığından çıxma” adlanan xidmət vasitəsilə hər bir vətəndaş Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün müraciəti elektron formada təqdim edə bilər:
“Bunun üçün “www.e-gov.az” “Elektron Hökumət” portalına daxil olub, Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Onlayn müraciət - Azərbaycan Respublikası vətəndaşlığından çıxma” xidmətinin adını seçmək lazımdır. Açılan formanın içində vətəndaşa aid olan məlumatlar (adı, soyadı, ata adı və s) və tələb olunan sənədlər:
“Ərizə-anket (tərcümeyi-hal)”, “4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)”, “Yaşayış yerindən ailə tərkibi haqqında arayış”, “Azərbaycan Respublikası Prezidentinin adına ərizə” və s. əlavə edildikdən sonra elektron formada DMX-yə göndərmək tələb olunur”.
CAHANGİR
11/06/13 Çap et