Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil rabitə operatorları nömrələrin daşınması istiqamətində fəaliyyətlərini sürətləndiriblər


Azərbaycanda həyata keçirilən nömrələrin daşınması məsələsi ən maraqlı layihələrdən biridir. Layihənin əsas məqsədi də mobil telefonlardan istifadə edən Azərbaycan əhalisinin bu xidmətdən istifadə edərək çox asanlıqla malik olduğu nömrə vasitəsilə bir operatordan digər operatora keçmək imkanının yaradılmasıdır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, sözügedən layihənin tam bərqərar olması üçün hazırda ölkədə fəaliyyət göstərən operatorlar tərəfindən gərgin işlər aparılır: «Nömrələrin daşınması üçün operatorların müəyyən hazırlıqları lazımdır. Ona görə də şirkətlər bu istiqamətdə fəaliyyətlərini sürətləndiriblər. Gözlənilir ki, sözügedən layihənin icrasına bu ildən başlanılsın. Düşünürəm ki, yaxın zamanlarda hazırlıq işləri başa çatacaq və Azərbaycan əhalisi də digər xidmətlərdən olduğu kimi, bundan da rahatlıqla istifadə edə biləcək».

SEYMUR




11/06/13    Çap et