Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “4G” xidmətlərini göstərmək üçün daha 2 operator hazırlıq işləri görür
Hazırda Azərbaycanda fəaliyyət göstərən mobil operatorların biri tərəfindən “4G” tətbiq olunur. Digər 2 şirkət də bu istiqamətdə hazırlıq işləri aparır.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə danışıb. Jurnalistlərin suallarını cavablandırarkən nazir müavini qeyd edib ki, hazırlıq işləri başa çatdıqdan sonra digər şirkətlər də “4G”-ni tətbiq etməyə başlayacaqlar:
"Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən heç bir çətinlik yoxdur. Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlar “4G xidmətlərini göstərə bilərlər".
SEYMUR
11/06/13 Çap et