Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 14 minə qədər elektron imza verilib


Bu günə qədər Azərbaycanda 14 minə qədər elektron imza verilib. Bu barədə «ICTnews» elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib.

O söyləyib ki, e-imzaların böyük əksəriyyəti paytaxtda verilib. Lakin regionların da bu prosesə qoşulduğunu qeyd edən N.Mərdanov bölgələrdə də əhəmiyyətli sayda e-imzanın verildiyini önə çəkib: «Regionlarda elektron imzalar əsasən dövlət orqanlarında çalışanlara təqdim olunub. Paytaxt Bakıdan fərqli olaraq rayonlarda yaşayan və qeyri-dövlət orqanlarında çalışanlar arasında e-imza alanların sayı azdır. Amma biz görürük ki, aparılan təbliğat işləri və e-imzanın xeyirli tərəflərinin, onun vacibliyinin cəmiyyətə düzgün çatdırılması nəticəsində e-imza alanların sayı artmaqdadır. Bu, özünü bölgələrdə də göstərir».

SEYMUR




11/06/13    Çap et