Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibertəhdidlərdən mühafizə üçün proqram təminatı bazarının həcmi 86 milyard dollar təşkil edəcək


Şirkətlər iş prosesində yeni texnologiyaları həvəslə tətbiq edirlər, lakin bəzən informasiya təhlükəsizliyi təhdidlərindən mühafizə üçün zəruri vasitələri unudurlar. 2013-cü ildə məhz bu proqram təminatı bazarının həcmi 8.7% artaraq 67,2 milyard dollar olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Gartner" analitiklərinin proqnozuna əsasən, 3 il sonra kibertəhdidlərdən müdafiə üçün nəzərdə tutulmuş proqram təminatı istehsalçılarının ümumi mənfəəti 86 milyard dollar təşkil edəcək.

"Təhlükəsizlik mühüm və sabit inkişaf edən İT sahələrdən biri olaraq qalır" – "Gartner"-in analitiki Ruccero Kontu deyib. "Məqsədli hücumların miqyasının və mürəkkəbliyinin artması informasiya təhlükəsizliyi bazarının inkişafına təkan verəcək". Ekspertlər sözügedən bazarda inkişaf edəcək əsas tendensiyalara mobil təhlükəsizlik, böyük məlumatlar (Big Data) və mürəkkəb məqsədli hücumları göstəriblər.

Emil Hüseynov




11/06/13    Çap et