Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts alimlər üçün sosial şəbəkəyə milyonlarla dollar qoymaq niyyətindədir


"Microsoft"un yaradıcısı Bill Qeyts elmi araşdırmalar üzərində birgə işin aparılması üzrə sosial şəbəkəyə 35 milyon dollar sərmayə qoyub.

"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, layihə tədqiqatçılara öz elmi işlərini geniş ictimaiyyətə təqdim etməyə və onlar ətrafında gələcək tədqiqatlar üçün qruplar yaratmağa imkan verir. Qeyd edək ki, "ResearchGate" sosial platformu 2008-ci ildə keçmiş tibb işçisi, hazırkı biznesmen İcad Madişin təşəbbüsü ilə istifadəyə verilib.

Tibb elmləri doktoru, alimlərin dissertasiyaların hazırladıqları zaman vərdiş etdikləri ünsiyyət formasından məyus olaraq internetdə, proqramçıların açıq proqram təminatı üzərində birlikdə işlədikləri kimi, elmi işlər üzərində birlikdə işləməyə imkan verən sosial resurs yaradıb. Madiş tərəfindən yaradılmış veb-platforma tədqiqatçılara, emala və təhlilə ehtiyacı olan, hazır nəşrləri və "natamam" testlər haqda məlumatları açıq şəkildə internetdə təqdim etməyə imkan verir.

"ResearchGate" sosial funksiyaları tədqiqatçılara elmi müzakirələr aparmağa, həmçinin eyni sahədə fəaliyyət göstərən kolleqalarını tapmağa və qruplarda birləşməyə imkan verir. İş adamının fikrincə, böyük nəslin nümayəndələri olan alimlərin konservativ yanaşmasını dəyişmək heç də asan deyil, lakin buna baxmayaraq, layihə getdikcə öz sahələrində nüfuz qazanan və innovativ yanaşmalar ilə maraqlanan gənc tədqiqatçılar arasında qəbul edilir. Hazırda saytda artıq 2,9 milyon istifadəçi var, onların arasında ən çox biologiya, tibb, fizika və tarix sahəsində çalışan alimlər təmsil olunublar.

Layihənin idealistik fokusu bir çox sərmayədarların xoşuna gəlib, onların arasında həmçinin, xeyriyyəçiliyə meyilliliyi ilə seçilən "Microsoft"un yaradıcısı Bill Qeyts də var. O, "ResearchGate" sosial layihəsinin yaradıcıları ilə sərmayə qoyuluşu ilə bağlı danışıqlar üçün şəxsən Fransaya gəlib və nəticədə layihənin inkişafı üçün 35 milyon dollar sərmayə ayırıb.

Öncə bildirilib ki, B.Qeytsin Fondu tibb sahəsində yeni nəsil qoruyucu vasitələrinin yaradılması layihəsi üzərində iş aparır.

Aynur Vəliyeva




11/06/13    Çap et