Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"VKontakte" sosial şəbəkəsində 10 minlərlə istifadəçinin kompüteri virusa yoluxub


"VKontakte" sosial şəbəkəsinin 10 minlərlə istifadəçisinin kompüteri “Trojan.RpcTonzil” zərərli proqramına yoluxub. Kibercinayətkarlar onun köməkliyi ilə hesablara giriş əldə ediblər və fərdi informasiyanı ələ keçirə bilərlər.

Troyan hələ üç ay əvvəl aşkar edilib, lakin antivirus proqramlarının əksəriyyəti onu tapmır. “ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Trojan.RpcTonzil” kompüterlərin “DNS” serverə sorğularını dəyişir. İstifadəçi sosial şəbəkəyə daxil olmaq istədikdə kibercinayətkarlar tərəfindən xüsusi olaraq yaradılmış və eynilə "VKontakte" səhifəsinə oxşayan saxta səhifəyə girmiş olur. İstifadəçiyə hesabına müdaxilə edildiyi haqqında xəbərdarlıq edilir, yeni parol yaratmaq və mobil telefonun nömrəsini hesaba “bağlamağı” yoxlamaq təklif edilir.

Emil Hüseynov




12/06/13    Çap et