Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AZ-CERT virus və haker hücumlarının təhlükəsi barədə ilk hesabat hazırlayıb


Kompüter insidentlərinə reaksiya komandası (CERT - Computer Emergency Response Team) Azərbaycanda kompüter insidentləri barədə ilk hesabat hazırlayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri rəhbəri Yadigar İmamverdiyev deyib. Onun sözlərinə görə, hesabat avqustun ortalarında dərc ediləcək.
Ayda bir dəfə dərc ediləcək statistik hesabat qeydə alınan şəbəkə insidentlərinin sayı və "AzScienceNet" elmi kompüter şəbəkəsi üzrə virus aktivliyi barədə məlumatı özündə əks etdirəcək.
İlkin olaraq şəbəkədə zərərli proqramlar, proqram təminatında zəiflik, eləcə də özündə zərərli kodlar birləşdirən qeydə alınan Web-resurslar siyahısı barədə informasiyanın dərc edilməsi planlaşdırılır.
Hesabatın hazırlanmasında əsas məqsəd istifadəçiləri təhdilər barədə vaxtında məlumatlandırmaqdır. Bu, virus və haker hücumlarından dəyən ziyanı xeyli azaltmağa imkan verəcək.
Hazırda AZ -CERT-ə daxil olan müraciətlər qeydə alınaraq nəzərdən keçirilir. Sistemlərin informasiya təhlükəsizliyi səviyyəsinin yaxşılaşdırılması üzrə tövsiyələr barədə hesabat insidentlər haqqında informasiyanın təhlili əsasında hazırlanır.
Mütəxəssislər insidentin nəticələrinin aradan qaldırılması üzrə bütün mümkün yardımı göstərməyə də hazırdırlar.




05/08/11    Çap et