Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər daimi fləş-yaddaş yaradıblar


Sinqapurda yerləşən Nanyan Texnologiya Universitetinin alim-fiziklərdən ibarət qrupunun hazırladığı ən yeni fləş-yaddaş nümunəsi yüz milyonlarla dəfə yenidən yazıla bilər və demək olar ki "əbədidir".

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, 16 bit həcmində yaddaş modulu alimlər tərəfindən dəmir və vismut oksidindən hazırlanıb. Fləş-yaddaşdan informasiya lazer vasitəsilə oxunur. Bu halda bir bit informasiyanın oxunmasına ən çox 10 nanosaniyə vaxt sərf olunur ki, bu da çox yaxşı göstəricidir.

Emil Hüseynov




12/06/13    Çap et