Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir “Anonymous” iştirakçısı həbs edilib


“Associated Press” agentliyinin yaydığı məlumata əsasən, Ohayo ştatında “Anonymous” haker qrupunun daha bir iştirakçısı həbs edilib. O, məxfi informasiyaya, həmçinin ABŞ-ın bir sıra polis saytlarına müdaxilədə ittiham edilib.

Dərc edilmiş məlumatlara əsasən, hansısa Con Entoni Borell Yuta, Kaliforniya, Nyu-York və Missuri ştatlarının polis saytlarına hücumda günahkar olduğunu etiraf edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, rəsmi məlumatlara əsasən, Borell həbs cəzası müddətinin 3 ilədək azaldılması müqabilində istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Emil Hüseynov




12/06/13    Çap et