Yaponiyanın paytaxtı Takeo rəsmi saytını “Facebook”a keçirib. 50 mindən çox insanın yaşadığı Takeo şəhəri “Facebook”da öz səhifəsinə malik olan ilk inzibati vahid olub. Yaponiyada dünyanın 1 nömrəli sosial şəbəkəsi digər ölkələr ilə müqayisədə elə də məşhur deyil, çünki bu ölkənin öz sosial şəbəkələri mövcuddur. Belə şəbəkə nümunəsi kimi “Mixi” layihəsini göstərmək olar. “Facebook”da Takeo şəhərinin səhifəsinə istənilən şəxs giriş əldə edə bilər. Səhifə kontentinin oxunması üçün tamamilə açıqdır, lakin şərhləri yalnız qeydiyyatdan keçmiş istifadəçilər əlavə edə bilər.
“Facebook”da Takeo saytının irəliləyişi ilə məşğul olan komandanın üzvü Naoyuki Miyaquçinin sözlərinə görə, virtual sahədə "köçmə" təxminən 8200 dollara başa gəlib. “Computerworld” portalı bildirib ki, Takeo şəhərinin bir çox sakinləri bu yeniliyə qarşı çıxış ediblər ki, belə ki, onlar heç vaxt “Facebook”dan istifadə etmədiklərini qeyd ediblər. Onlardan xeyli şikayət daxil olub, Naoyuki Miyaquçi isə bunları ədalətli tənqid adlandırıb, qeyd edib ki, bütün bildirilən fikirlər şəhər səhifəsi üzərindəki sonrakı işdə kömək edəcək.