Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Baku Startup Weekend” müsabiqəsinin ilk qalibi bəlli oldu
"BayRoom" layihəsi Azərbaycanın paytaxtında keçirilmiş ilk "Baku Startup Weekend" müsabiqəsinin qalibi elan edildi. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Xalidşah Sanaliyev, Ehtiram Məmmədzadə və Oqtay Rzayevin təqdim etdikləri "BayRoom" layihəsi müxtəlif tədbirlərin keçirilməsi üçün onlayn-platforma və tədbir opsiyalarının seçimi üzrə konstruktor kimi təqdim edilmişdi.
Qalib layihə münsiflər heyəti tərəfindən qlobal "Startup Weekend"-in Bakı müsabiqəsinin digər iştirakçı layihələri arasından prezentasiya nəticəsində seçilib:
"Tədbir çərçivəsində sahibkarlar, startap müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılardan ibarət komandalar innovasiyalara əsaslanaraq üç gün əzində startap ideyasını formalaşdırdılar və onun reallaşdırılması istiqamətində müvafiq işlər gördülər. Prosesin səmərəliliyinin artırılması məqsədilə iştirakçılara "mentor" statuslu peşəkarlar yardım edirdi.
Tədbir "Baku Startup Weekend", qlobal "Startup Weekend" forumunun müstəqil mütəxəssislərinin və digər sponsorların dəstəyilə keçirilirdi. "Startup Weekend" 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilir. İştirakçıların ümumi sayı artıq 100.000-i keçib". Tədbirin nəticəsində dünyanın müxtəlif ölkələrində yaradılmış 1000-dən çox şirkət hazırda da uğurla fəaliyyət göstərməkdədir:
"İlk öncə bu tədbir həftə sonu işidir. Təbdir ərzində istənilən iştirakçı öz startap layihəsini hazırlaya bilər. Cümə günü iştirakçılar sadəcə bir biznes-ideya ilə gəlir və elə həmin günün axşamı onlar iştirakçılar arasından öz layihəsi üçün komanda toplamalıdırlar. Bütün həftə sonu iştirakçılar konsepsiya, bzines-plan üzrəində işləyir, onların layihələri mentorların (biznes və texnologiyalar sahəsində çalışan təcrübəli mütəxəssislər) dəstəyilə crush-sınaqlardan keçir. İşin məqsədi – minimal şəkildə işləyən məhsul yaratmaqdır (MVP). Tədbirin vaxt baxımından məhdud olması və sərt vaxt tələbləri komandaların iştirakını çox məhsuldar edir. İdeyanın təqdimatına sadəcə 1 dəqiqə ayrılır, son təqdimat üçün isə 5 dəqiqə nəzərdə tutulur. Məhz elə birinci və sonuncu təqdimatlar arasındakı vaxt komandanın və hər bir iştirakçının potensialını, həmçinin onların yaratdığı məhsul və ya xidmətin həyat qabiliyyətini nümayiş etdirəcək".
Qeyd edək ki, iştirakçı layihələrin tam siyahısı http://survey.startupweekend.org/events/baku-jun-07-2013 ünvanında yerləşdirilib.
Həqiqət İSABALAYEVA
12/06/13 Çap et