Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi məqsədyönlü şəkildə bütün dünya üzrə serverləri “sındırır”
Amerikanın “Foreign Policy” jurnalı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə istinadən bildirib ki, agentliyin nəzdində yüksək məxfiliyə malik olan kiberkəşfiyyat bölməsi mövcuddur və bu bölmə dünya üzrə serverləri “sındırır”.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu strukturun adı "Xüsusiləşdirilmiş çıxış üzrə əməliyyatlar ofisi”dır (Tailored Access Operations, TAO). "ТАО 15 il ərzində uğurla Çinin kompüter və telekommunikasiya sistemlərinə müdaxilə edib və Çində baş verənlər haqda ən dolğun və etibarlı kəşfi məlumatları əldə edib", - jurnal yazır.
ТАО-nun ofisi Merilend ştatının Fort-Mid şəhərində Milli Təhlükəsizlik Agentliyinin qərargahında gizlədilib, onun polad qapısını silahlı keşikçilər qoruyur, ora xüsusi altırəqəmli parolu yığaraq və ziyarətçinin göz bəbəyi skan edildikdən sonra daxil olmaq mümkündür. "Təhlükəsizlik agentliyinin keçmiş işçilərinin məlumatlarına əsasən, TAO-nun missiyası çox asandır.
ТАО xarici məqsədlər üzrə kəşfiyyat məlumatlarını toplayır və bunun üçün məxfi olaraq kompüterləri və telekommunikasiya sistemlərini “sındırır”, parolların şifrəsini açır, kompüter təhlükəsizlik sistemlərinə müdaxilə edir. Sonra kompüterlərin sərt disklərində olan məlumatları oğurlayır, bütün mesajların və hücum edilən elektron poçt və mətnli məlumatlar sistemlərin məlumat trafikinin nüsxələrini çıxarır” – jurnal yazır.
Bu məlumatlar ABŞ-a, prezidentin əmri ilə xarici kompüter sistemlərini kiberhücumlar vasitəsilə məhv etməyə və sıradan çıxarmağa imkan verir. Bu hücumlara görə məsuliyyət ABŞ-ın Kiberkomandanlığı (Cybercom) cavabdehdir, bu quruma Milli Təhlükəsizlik Agentliyinin direktoru rəhbərlik edir. ABŞ-ın rəsmi şəxsləri hələ ki, jurnalın nəşrini şərh etməyiblər. Son bir həftə ərzində bu ölkənin xüsusi xidmətlərinin itirdiyi üçüncü genişmiqyaslı məlumatdır.
Aynur Vəliyeva
12/06/13 Çap et