Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ericsson”: 2018-ci ilədək qlobal məlumat trafiki 12 dəfə artacaq
Proqnozlara əsasən, 2018-ci ilədək qlobal məlumat trafiki 12 dəfə artacaq. Əlçatan məzmun həcminin artması və mobil şəbəkələrdə verilənlərin ötürülmə sürətinin artması buna səbəb kimi göstərilir. 2018-ci ilədək "LTE" texnologiyasının planetin əhalisinin 60%-i üçün əlçatan olacağı gözlənilir.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, 2012-ci ildə dünyada mobil şəbəkələrə qoşulmaların ümumi sayı 8% artaraq 1,2 milyard olub və 2018-ci ilin sonunadək 4,5 milyard olacağı gözlənilir. Təxminən 60 milyon yeni qoşulmalar "WCDMA/HSPA" şəbəkələrinin payına düşür.
"GSM/EDGE" şəbəkələrinə qoşulmaların sayı təxminən 30 milyon artıb və "LTE" şəbəkələrinin payına təxminən 20 milyon yeni qoşulma düşüb.
Emil Hüseynov
12/06/13 Çap et