Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni batareyaları 27 il istifadə etmək mümkün olacaq
Almaniyanın “ZSW” (Centre for Solar Energy and Hydrogen Research Baden-Württemberg) mərkəzinin tədqiqatçıları 27 il müddətində istifadə edilə biləcək yeni litium-ion batareyaları hazırladıqlarını elan ediblər.
Sözügedən batareyaları elektrik avtomobilləri, günəş və külək elektrik stansiyalarında tətbiq ediləcək. “ICTnews.az” elektron xəbər xidməti “http://zhelezyaka.com/” saytına istinadən bildirir ki, mərkəz batareyaların bazara çıxarılma tarixini açıqlamayıb.
Emil Hüseynov
12/06/13 Çap et