Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla”: “Bizi izləməyi dayandırın!”


"Mozilla" şirkəti internet istifadəçilərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənməsi ilə əlaqədar olaraq səngiməyən qalmaqalların qarşısını almaq üçün təşəbbüs irəli sürüb.

"Stop Watching Us" ("Bizi izləməyi dayandırın!") adlı şüar çərçivəsində ABŞ Konqresindən istifadəçiləri izləmək üçün istifadə olunan bütün üsulları "açmaq" tələb olunur.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, təşəbbüs artıq bir neçə tanınmış şirkət tərəfindən dəstəklənsə də, ABŞ hökumətinin bu məsələyə münasibəti hələlik məlum deyil.

Amerikanın hökumət nümayəndələri iddia edirlər ki, internetdə "izləmə" yalnız bir qrup istifadəçiyə tətbiq olunur. Buraya, xüsusilə ABŞ ərazisində yaşamayan xaricilər daxildir. Əsas məqsəd isə milli təhlükəsizlik maraqlarına xidmət etməkdir.




12/06/13    Çap et