Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalı alim Azərbaycanın neft və qaz istehsalında tətbiq etdiyi nanotexnologiyalarla maraqlanıb
Tanınmış amerikalı alim, Oksford Universitetinin professoru Erik Dreksler Dövlət Neft Şirkətinin (ARDNŞ) Nanotexnologiyalar Departamentində elmi seminarda iştirak edib.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə ARDNŞ-in mətbuat xidmətindən bildirilib. Amerikalı alim ARDNŞ-in neft sənayesində nanotexnologiyaların tətbiqi istiqamətində əldə etdiyi nailiyyətlər ilə tanış olub. Neft-qaz sənayesində mövcud problemlərin həlli, neftçıxarmada neftvermə əmsalının yüksəlməsi, eləcə də hasilatda, qazmada və digər sahələrdə nanotexnologiyaların tətbiqi nəticəsində alınan effektlər barədə qonağa ətraflı məlumat verilib.
Departamentin mütəxəssisləri tərəfindən işlənmiş “Kiçik təsir və kiçik həyəcan effekti” nəzəriyyəsi əsasında tətbiqin reallaşdırılması alimin diqqətini xüsusi cəlb edib. Görüşdə maye mexanikasının mühüm problemlərindən olan üçfazalı maye axımında yeni effektlərin yaranmasına dair müzakirələr aparılıb. E.Dreksler ARDNŞ-in nanotexnologiya sahəsində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
SEYMUR
13/06/13 Çap et