Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” ixtisarlara başlayıb


"IBM" korporasiyası Amerika bölməsində ixtisarlara başlayıb. İxtisarlar apreldə elan edilmiş qlobal yenidənqurma kampaniyası çərçivəsində həyata keçirilir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Amerika korporasiyası ixtisarlar haqqında informasiyaya rəsmi münasibət bildirməyib, bundan əvvəl "IBM"-in direktoru Virciniya Rometti deyib ki, həyata keçiriləcək ixtisarlar "IBM" şirkətinə təxminən 1 milyard dollar qənaət etməyə imkan verəcək.

Xatırladaq ki, şirkətin apreldə dərc etdiyi rüblük hesabat investorları məyus edib, çünki iri sifarişlərin azalmasına görə "IBM"-in mənfəəti və mədaxili aşağı olub.

Müstəqil analitiklərin fikrincə, təxminən 6-8 min əməkdaş ixtisar ediləcək ki, bu da ümumi heyətin təxminən 2%-ni təşkil edir.

Emil Hüseynov




13/06/13    Çap et